İranda son sutka ərzində koronavirusdan 143 nəfər ölüb, 2206 nəfər isə yeni tip virusa yoluxub.

Mia.az TRT-yə istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda İranda 27 mindən çox virus daşıyıcısı var: "Bu günə qədərsə  9625 nəfər koronavirusadan sağalıb".