Prezident İlham Əliyev bu gün Qubadlı rayonunun icra başçısı Malik İsaqovu mükafatlandırıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Malik Xızır oğlu İsaqov 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Onu da qeyd edək ki, bu gün M.İsaqovun həm də dogum günüdür. Onun 60 yaşı tamam olub.

Mia.az icra başçısının tərcümeyi-halını təqdim edir: 

İsaqov Malik Xizir oğlu 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur.
1970-ci ildə Hal kənd orta məktəbini bitirmişdir.
1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir.
1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur.
Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda çilingər, təhlükəsizlik üzrə mühəndis, mühəndis konstruktor, mühəndis-texnoloq və baş mühəndis vəzifələrində çalışmışdır.
1984-2001-ci illərdə zavodun direktoru olmuşdur.
2001-ci ildə Qubadlı rayon icra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Ailəlidir. 2 övladı var.