ABŞ-ın CNN telekanalı Azərbaycanda keçiriləcək seçkilərlə bağlı reportaj yayımlayıb.

Trend-in məlumatına görə, telekanal qeyd edib ki, seçkilərdə indiki dövlət başçısının 9 rəqibi seçicilər uğrunda ciddi mübarizə ilə üzləşiblər: "KİV-in məlumatına görə, sentyabrın 22-də Bakının Yasamal rayonundakı stadiona cəmi 1 500 müxalifət tərəfdarı toplaşıb".

CNN-in verdiyi məlumata görə, ilkin müstəqil sorğular Azərbaycan prezidentliyinə seçkilərdə iştirak edəcək namizədlərin heç birinin prezident İlham Əliyevə ciddi alternativ olmadığını göstərir:

"Bu yaxınlarda seçicilər arasında aparılmış sorğular göstərdi ki, Azərbaycan vətəndaşlarının 81,2 faizi ölkənin indiki prezidenti İlham Əliyevə səs verməyə hazırdır, halbuki digər namizədlər 4 faizdən az səsə ümid edə bilərlər".

Süjetdə deyilir: "Azərbaycan hökuməti bəyan edib ki, oktyabrda siyasi hüquqlara, ədalətli və azad seçkilərə təminat verir və insidentlərin baş verməməsi və azad və ədalətli seçkilərə təminat vermək məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları üçün lazımi qaydalar da daxil olmaqla zəruri mexanizmləri tətbiq etməyə imkan verəcək".