İranda koronavirusdan ölənlərin sayı artıb.
Mia.az Türkiyə mətbutaına istinadla xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, ötən gün virusdan daha 123 nəfər ölüb: "Bununla da ölənlərin sayı 1556 nəfərə çatıb. Əlavə olaraq, 966 nəfərdə də koronavirus aşkarlanıb".
Nazirlik bəyan edib ki, hazırda ölkədə 20610 nəfər virus daşıyıcısı var: "7635 nəfər isə koronavirusdan sağalıb".