Türkiyədə koronavirusdan 9 nəfərə ölüb.
Mia.az xəbər verir ki, bu məlumatı ölkənin səhiyyə naziri Fəxrəddin Koca açıqlayıb.
Nazir bildirib ki, hazırda ölkədə son 24 saat içində 3656 nəfər müayinədən keçirilib: "Son 24 saat ərzində koronavirusla bağlı 3 656 test keçirilib. Onlardan 311-i müsbət nəticə verib. Bununla da yoluxanların sayı 670 nəfərə çatdı".
Nazir qeyd edib ki, Türkiyədə ötən gün daha 5 nəfər yaşlı insan virusdan ölüb: "Bununla da Türkiyədə bu salğından ölənlərin sayı 9 oldu".