Almaniyanın Azərbaycandakı səfirliyi koronavirusa görə viza verilməsini dayandırıb.

Mia.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, hazırkı vəziyyət ilə əlaqədar olaraq 19 mart 2020-ci il tarixindən etibarən viza və konsulluq şöbəsinin fəaliyyəti 15 aprel 2020-ci il tarixinədək dayandırılıb.