Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə müraciət edib.

Mia.az xəbər verir ki, beynəlxalq təşkilat bununla bağlı kampaniyaya başladığı #evdəqal həştəqi ilə insanları evdə qalmağa və həyatları xilas etməyə çağırıb: "Siz də təşəbbüsə qoşulun, koromavirusa yoluxma riskinizi azaldın".