Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədov "Azadlıq” radiosunun qanuna zidd olaraq, Azərbaycanda seçkiqabağı təşviqat aparması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) məktub ünvanlayıb.
Məktubda bildirilir ki, xarici dövlət tərəfindən maliyyələşdirilməklə Azərbaycanda fəaliyyət göstərən "Azadlıq” radiosu Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq, Azərbaycanda seçkiqabağı təşviqat aparır: "Hətta radio internet səhifəsində xüsusi "Seçki-2013” bölməsi yaradaraq burada "namizədi tanı” keçidləri təşkil edir, yaydığı məlumatlarda və verilişlərdə qanunvericiliyin tələblərini və peşə kodeksini ciddi şəkildə pozaraq konkret namizədin xeyrinə təşviqatla məşğul olur”.