Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra Azərbaycan Respublikasının Türkiyə səfirliyində “qaynar xətt” yaradılıb.
Mia.az xəbər verir ki, bu barədə səfirlik aşağıdakı məlumatə yayıb:
“Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən “Qaynar xətt” yaradılıb. Qaynar xətt nömrəsi: +905372826740” .