Ölüm xəbəri yayılan müğənni Bagira üzə çıxıb.
Müğənni telefonla ANS telekanalında yayımlanan "Adam içində” verilişiin canlı yayımına qatılıb. O, barəsində gəzən bütün söz-söhbətə son qoyub. Müğənni 4 ildir İstanbulda yaşadığını bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bagiranın ölümü ilə bağlı xəbər yayılmışdı. Xəbərdə bildirilirdi ki, əsl adı Aynurə olan müğənni QİÇS xəstəliyinə tutulub və bu səbəbdən də vəfat edib.