İranda daha 17 nəfər virusun qurbanı olub.
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 124 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 234 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 4 747 nəfərə çatıb. Eyni zamanda 15 981 nəfər koronavirus şübhəsinə görə xəstəxanaya yerləşdirilib.
K.Cahanpur həmçinin 913 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb/Report