1993-cü ildə Azərbaycanın cənub zonasında "Talış-Muğan Respublikası” elan edən, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunan Əlikram Hümmətov Ermənistana səfərə gedib. APA-nın "Armenia today” saytına istinadən verdiyi məlumata görə, Ə. Hümmətovun səfərində məqsəd İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasında "talışşünaslıq” proqramının açılış mərasimində iştirak etməkdir.
Ə. Hümmətovun Ermənistanın elmi və ictimai-siyasi dairələri ilə görüşlər keçirəcəyi, daha sonra Dağlıq Qarabağa gedərək "Arsax Universiteti”ndə mühazirə oxuyacağı bildirilir.
Separatçı Əlikram Hümmətov Ermənistana gedib
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08