Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə yeni müavin təyin edib.
Mia.az xəbər verir ki, sərəncama əsasən Viktor Qasımov Səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib.
Bununla da Səhiyyə nazirinin müavinlərinin sayı 4-ə çatıb.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a fakt təsdiqlənib.
Qeyd edək ki, V.Qasımov bu təyinata qədər Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri vəzifəsində çalışıb.