Avropa İttifaqının (Aİ) Brüsseldəki administrasiyasında koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Bunu Aİ-nin sözçüsü Dana Spinant açıqlayıb.
Onun sözlərinə görə, koronavirusa yoluxmuş şəxs Avropa Müdafiə Agentliyinin əməkdaşıdır. O, İtaliyadan yenicə qayıdıb. Bu səbəbdən Avropa Müdafiə Agentliyi martın 13-dək bütün görüşləri təxirə salıb.
Qeyd edək ki, Avropa Müdafiə Agentliyi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə orqanıdır/Report.