"Bakı
xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin yaşadığı Nizami rayonu Keşlə
qəsəbəsindəki evini axşam yağan yağış suları basıb.
Mia.az
xəbər verir ki, gölə çevrilmiş həyət və evdən bayıra çıxmağa da çətinlik çəkirlər:
"Həyətimizdə suyun səviyyəsi 1 metri keçib. Qalxan su evə daxil olaraq, bütün məişət əşyalarını və digər zəruri avadanlıqları
demək olar ki, tam sıradan çıxarıb. "Azərsu” ASC-nin yarıtmaz işləri
səbəbindən kanalzasiyanın gücü də yetmir ki, sel sularını çəksin. Əksinə, su
getdikcə artaraq lap dəhşətlə vəziyyət yaratdı”.
M.Qəribli
deyir ki, vəziyyətlə bağlı ASC-yə və yaşadığı Keşlə qəsəbə icra nümayəndəsinə
müraciət edib: "Dərəbəyliyin həddinə baxın ki, icra nümayəndəsi hərəkət etmək
əvəzinə, kobud cavab verir. "Azərsu” və bu qurumun Nizami departamentindən
isə zənglərə belə, cavab vermirlər”.
Jurnalist
deyir ki, "Azərsu” ASC-ni məhkəməyə verəcək: "Evimizin, əşyalarımızın bu
vəziyyətə düşməsi, bu qurumun yarıtmaz fəaliyyətindən qaynaqlanıb. Əgər hüquqi
dövlətdə yaşayırıqsa, o zaman məhkəmə belə işləri ədalətli araşdırıb, dəyən
zərəri ödənilməsini təmin etməlidir!”.