İran hökuməti məmurların bütün xarici səfərlərini ləğv edib.

IRNA xəbər verir ki, bu barədə ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri məlumat verib.

Onun sözlərinə görə, məqsəd koronavirusun ölkədə geniş yayılmasının qarşısını almaqdır.

Qeyd edək ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə koronavirusdan ölənlərin sayının 77 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, daha 835 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 336 nəfərə çatıb. Bu günədək 435 nəfər isə koronavirusdan sağalıb.