Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev muzeylə tanış olub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub.
Mia.az xəbər verir ki, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
****
Martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış olub.