Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşı, polis polkivniki Zəfər Abıyev yeni vəzifəyə təyin olunub.
Mia.az-a daxil olan məlumata görə, bu barədə Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmr verib.
O, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsində yüksək posta - şöbə müdirinin müavini vəzifəsinə təyin təyin olunub.
Xatırladaq ki, Z.Abıyev DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi idi. Bir neçə gün əvvəl onun yerinə polis mayoru Elvin Abbasov təyin edilib.
Mia.az