Mia.az xəbər verir ki, ayın 22-də, daha dəqiqi, şənbədən bazara keçən gecə "Azərbaycan" nəşriyyatında faciə yaşanıb. Belə ki, nəşriyyatın əsas binasında yerləşən və qəzetçılərin "Köhnə mətbəə" dediyi sexdə bir fəhlənin əlləri çap maşınında qalıb.

Mia.az-ın xəbərinə görə, hadisə həmin gecə təxminən saat 02.00 radələrində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, işlək vəziyyətdə olan qurğuda "dozakl"ları silmək istəyən fəhlənin əli ani diqqətsizlikdən fırlanan barabanın arasında qalıb: "Baraban fəhlənin əlini çəkərək "presslədi". Dərhal fəhlə xəstəxanaya çatdırıldı. Vəziyyəti ağır olsa da, rəhbərlik deyir ki, fəhlənin əlinin xilas etmək mümkün olub. Yəqin tezliklə hər şey bilinəcək".