Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktor postunda 1 il 7 ay ərzində üşüncü dəyişiklik olub.
Mia.az xəbər verir ki, nazir İnam Kərimovun əmri ilə 7 ay əvvəl şirkətin baş direktoru təyin olunmuş Rəşad Kərimov vəzifəsindən çıxarılıb.
Nazirin digər əmri ilə MMC-nin maliyyə departamentinin müdiri Hümbət Hüseynov həmin MMC-yə Baş direktor təyin olunub
Direktorluqdan azad edilən Rəşad Kərimova isə Leyla Məmmədovanın rəhbərlik etdiyi "Aqrar Tədarük və Təchizat” ASC-də Tədürük və Təchizat Departamentinin direktoru vəzifəsi verilib.
Xatırladaq ki, 2018-ci ilin iyun ayında bu MMC yaradılanda, ona ilk rəhbərliyi hazırda "Aqrar Tədarük və Təchizat” ASC-nin direktoriu olan Leyla Məmmədova edib.
Mia.az