Türkmənistan prezidenti Qurbanqulu Berdıməşəmmədov baş nazirin müavini, dövlət başçısı aparatının işlər müdiri Xocaməhəmməd Məhəmmədovu övladlarının nalayiq hərəkətləri ilə bağlı məlumatlara əsasən işdən qovub.

Musavat.com-un verdiüi məlumata görə, bu barədə qərar hökumətin iclasından sonra Türkmənistanın daxili işlər naziri İsgəndər Mullikov tərəfindən açıqlanıb. Nazir deyib ki, Xocaməhəmməd Məhəmmədovun iki oğlu və kürəkəni dəfələrdə Aşqabadın əyləncə mərkəzlərində, Xəzər sahilindəki turizm xonasında, hətta, təyyarə göyərtəsində dava salıblar.

Xocaməhəmməd Məhəmmədov hökumətdə ticarət və fərdi sahibkarlığa nəzarət edirdi. O, Türkmənistan hökumətindəki veteranlardandır və Qurbanqulu Berdıməşəmmədovun ilk prezidentliyindən bu vəzifədə işləyirdi.