Prezident İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib. Ölkə başçısı məktubunda Novqorod vilayətindəki psixonevroloji internatda baş verən faciədən kədərləndiyini bildirib:

"Hörmətli Vladimir Vladimiroviç, 
Novqorod vilayətindəki psixonevroloji internatda yanğın nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.