Cəmil Həsənli çıxış edərkən Hafiz Hacıyev müdaxilə edib və əlindəki su butulkasını Cəmil Həsənliyə tərəf atıb. Bundan sonra Hafiz Hacıyev zaldan çıxarılıb.
C. Həsənli isə itirilmiş vaxtının bərpa olunmasını tələb edib. Namizədin tələbi nəzərə alınmayıb və C. Həsənli studiyanı tərk edib.
Mia.az xəbər verir ki, qarşıdurmada Cəmil Əliyevin hakimiyyətin və hakim partiyanın prezidentliyə namizədi İlham Əliyev haqda işlətdiyi bəzi fikirlər əsas rol oyanyıb və qeyd edilən vəziyyət yaranıb.