Daha bir seçki dairəsində lider namizəd müəyyənləşib.
Mia.az xəbər verir ki, MSK-nın açıqladığı protokollara əsasən, YAP-ın namizədi Elnur Allahverdiyev 17 saylı Yasamal üçüncü seçki dairəsindən mandata sahiblənib.
Bununla da 119 dairədə qaliblərin adları bəlli olsa da, hələ də 6 dairədə - 35 saylı Xətai üçüncü seçki dairəsi, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 77 saylı Astara seçki dairəsi, 123 saylı Kəlbəcər seçki dairəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən qalib namizədlər müəyyənləşməyib.
Qeyd edək ki, exit-polla görə 35 saylı dairədn Rauf Arifoğlu, 42 saylıdan deputat Tahir Mirkişili, 44-dən Müşviq Məmmədli 77-dən Rəşad Mahmudov, 123-dən Aqil Məmmədov, 125-dən deputat İmamverdi İsmayılov səs üstünlüyünə sahib olublar. Amma görünür, MSK hələ ki onların qələbəsini tanımamaqla, ləğvi haqda da qərar verə bilər.