"Bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb".
Mia.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.
O deyib ki, Seçki Məcəlləsinə görə, bu gün daxil olan şikayətlərə dərhal baxılır: "Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə, olacaq. Burada qəbahətli məsələ yoxdur".