Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyev tərəfindən təltif olunmasına görə təşəkkür edib.
Mia.az xəbər verir ki, Çavuşoğlu dövlət başçısı ilə birgə çəkilmiş fotosunu paylaşaraq, belə yazıb:
“Cənab Prezident İlham Əliyevin əllərindən “Dostluq” ordeni almaqdan böyük şərəf və xoşbəxtlik duydum”.
Xatırladaq ki, İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu Azərbaycan ilə Türkiyə arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib.