Röya Zamiqin dünən baş tutan "Mən bu şəhəri sevirəm” konsertində qonaq sənətçi kimi iştirak edib. Yaxın dostlar səhnədə məşhur "Sevişiyoruz” mahnısını ifa ediblər. Duet başa çatdıqdan sonra Röya üzünü Zamiqə tutaraq ondan bir xahiş edib:
Röyanın bu sözlərindən sonra ikisi də səhnədən aşağı düşüb İlhamə Quliyevaya yaxınlaşdılar. Zamiq brilyant və digər qiymətli qaşlarla bəzədilmiş bahalı üzüyü xalq artistinin barmağına taxdı. Hədiyyəni qəbul etdikdən sonra İlhamə Quliyeva öz təşəkkürünü bildirdi və hər iki sənətçiyə təriflər yağdırmağa başladı: "Zamiq əsl avropa sayağı ifaçıdır və onu çox bəyənirəm. Röyaya gəldikdə isə ətrafında olan hər kəs bilir ki, mən Röyanı hər zaman sevərək dinləyirəm. Gördüyü işləri də alqışlayıram”.
anspress.com