Müasir Müsavat Partiyasının sədri,
prezidentliyə namizəd Hafiz Hacıyev oktyabrın
9-da keçiriləcək prezident seçkilərində iştirakını dayandırmaq üzrədir.
Bu barədə mia.az-a daxil olan məlumata görə,
prezidentliyə namizədin belə bir qərara gəlməsinin səbəbi maliyyə problemləri ilə bağlıdır.
Partiya
sədriniin seçki qərargahının adının çəkilməsini istəməyən üzvlərindən biri saytımıza deyib ki,
Hafiz Hacıyev təbliğat-təşviqat, reklam və digər xərcləri ödəmək imkanından məhrumdur:
«Bununla bağlı bu gün partiyada uzun müzakirələr getdi.
Partiyanın bütün
imkanları müzakirə olundu. Düzdür, hələ son qərar verilməyib. Amma ümumi qərar budur ki,
partiya sədri seçkidən vaxtından əvvəl geri çəkilsin.
Yəni sonadək seçkidə aktiv iştirakı dayandırsın.
Çünki adi təbliğat plakatlarını çap etdirmək imkanlarımız yoxdur».
Mənbənin sözlərinə görə,
bununla bağlı yaxın iki gün ərzində yekun qərar veriləcək və bu barədə cəmiyyət məlumatlandırılacaq:
«O zaman geri çəkilmənin detalları rəsmi şəkildə ictimaiyyətə açıqlanacaq».
Məsələ ilə bağlı prezidentliyə namizəd Hafiz Hacıyevlə danışmaq mümkün olmayıb.
Onun da fikirlərini dinləməyə hazırıq.