“Vətəndaşlarımızı təxliyə edərkən can qardaşlarımızı orada qoya bilməzdik, əlbəttə”.

Mia.az xəbər verir ki, bu sözləri Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkədəki səhifəsində Çindən Türkiyə vətəndaşları ilə yanaşı, azərbaycanlıların da çıxarılmasına münasibətdə yazıb.

O bildirib ki, Azərbaycan da belə vəziyyətdə analoji addımı atardı: “Can Azərbaycana canımız fəda”.