Yenicə ailə həyatı quran müğənni Rəqsanə İsmayılovanın evində bir daha "Vağzalı” çalınacaq. Axşam.az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan "Onlar” verilişinə açıqlamasında qızına yaxın günlərdə nişan edəcəyini deyib:
"Qızım Aysuna çox yaxşı bir ailə elçi düşüb. Gələn ay qızımın hərisin verəcəm. Onlar Aysuna 14 yaşından elçigəlirlər. Nəhayət, razılığa gəlmişik.
Şou-bizesdən kənar insanlardır. İş adamının övladıdır. Nişan Aysunun dəfiləsindən öncə olacaq.
İstəmirdim ki, qızım tez ailə həyatı qursun. O, öz seçimini etdi. Xoşbəxt olmaq, ailə qurmaq istəyirsə, qoy etsin”.