Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı paylaşım edib.

Almaniyalı diplomat bu barədə “Twitter”də bildirib.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə, 136-cı doğum gününüz mübarək!”, - deyə Maniq qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub/APA.