Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasındakı ikigünlük görüş başa çatıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.
“Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin vasitəçiliyi və iştirakı ilə keçirilib”, - A.Naqdalyan məlumat verib/Report.
Xatırladaq ki, dünən tərəflər arasında 7 saat çəkən görüş olub.
Mia.az