Bu gündən İctimai televiziyada prezidentliyə namizədlərin çıxışları başlayır. Namizədlər arasında debat həftənin cüt günləri televiziyada, tək günləri isə İctimai radioda hər dəfə 1 saat olmaqla təşkil olunacaq.
Namizədlərin çıxışı saat 19-da, radioda isə 21:00-də canlı yayımlanacaq. Seçki məcəlləsinin tələblərinə əsasən efir vaxtı bütün namizədlər arasında tam bərabər bölünəcək.
Seçki təşviqatı 23 gün davam edəcək. Səsverməyə 24 saat qalmış isə təşviqat kampaniyası dayandırılacaq. 10 nəfərin mübarizə apardığı prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
İTV-də prezidentliyə namizədlərin çıxışları başlayır
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08