"Süleymaninin öldürülməsi regionda ciddi riskli vəziyyət yaradıb".
Mia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "SNN Türk"ə müsahibəsində deyib.
Ərdoğanın sözlərinə görə, Türkiyə vəziyyətin daha da təhlükəli hal almaması üçün var gücü ilə çalışır: "Türkiyə ABŞ-la İran arasında münaqişənin dərinləşməsindən narahatdır. Bu, regiondakı qeyri-sabitliyi, riskli durumu gücləndirir. Vəziyyətin daha da dramatikləşməməsi üçün əlimizdən gələni edirik. Gərginliyi azaltmaq üçün hər iki tərəflə sürəkli əlaqə saxlayırıq. Bu iş burada bitməyəcək. Hər halda bir dövlətin yüksəkçinli yetkilsini, komandanını öldürmək, düşünürəm ki, cavabsız qalmaz".
Ərdoğan onu da deyib ki, Süleymaninin öldürülməsindən 4-5 saat əvvəl Trampla da danışıb: "Ondan gərginliyi qızışdıran hallardan uzaq durulmasını istəmişdim".
Mia.az