ABŞ Dövlət katibi Pompeo rəsmi Tehrana açıq xəbərdarlıq edib.

“ABC News”a iranlı general Qasım Süleymaninin öldürülməsi haqda danışan Pompeo bu gün dünyanın daha güvənli bir yer olduğunu bildirib: “Bu, dəqiq belədir. Dünya artıq daha təhlükəsizdir”.

Dövlət katibi Amerika kəşfiyyatının Qasım Süleymanini izlədiyini etiraf edib: “Kəşfiyyat qaynaqlarımız Süleymaninin üzərində fokuslanmışdı. Şübhə etmirəm ki, bu hadisə ilə İran rəhbərliyi Trampın mesajını açıq formada aldı”.

Pompeo ABŞ-ın mövqelərinə hər hansı bir hücum olacağı təqdirdə, boş durmayacaqlarını da bəyan edib: “Bizə qarşı  əmr verənlərə qarşı hücumlarımız daha sərt olacaq”/Strateq.az