REAL Hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliyi qeydə alınmayıb. Bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında verilib. İşçi Qrupunun rəhbəri İlham Məmmədov bildirib ki, 837 imza vərəqəsi paylanılıb.

İmzalar 70 dairədən yığılıb. Ümumilkdə 41247 imza yığılıb. Onlardan 4982-si etibarsız çıxıb.MSK katibi Arifə Muxtarova yığılan imzaların sayı qanunda nəzərdə tutulan saydan az olduğu üçün namizədliyi qeydə alınmayıb.