Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağında qurumun Rəyasət Heyətinin yeni tərkibi seçilib.
Mia.az xəbər verir ki, yeni tərkib səsvermə ilə aşağıdakı şəkildə formalaşıb:
- Akademiyanın prezidenti akademik Ramiz Mehdiyev
- Birinci vitse-prezident akademik İsa Həbibbəyli
- Birinci vitse-prezident akademik İbrahim Quliyev
- Vitse-prezident akademik Tofiq Nağıyev
- Vitse-prezident akademik Dilqəm Tağıyev
- Vitse-prezident akademik Nərgiz Paşayeva
- Vitse-prezident akademik İradə Hüseynova
- Vitse-prezident akademik Rasim Əliquliyev
- Akademik katib akademiyanın müxbir üzvü Əminağa Sadıqov
- Akademiyanın Naxçıvan büro bölməsinin sədri akademik İsmayıl Hacıyev
- Akademiyanın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev