Daxili işlər orqanlarında yeni təyinat olub.

Mia.az BakuPost.az-a istinadən xəbər verir ki, nazir Vilayət Eyvazovun əmri ilə sabiq daxili işlər naziri Ramil Usubovun kiçik oğlu polkovnik Raul Usubov Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilib.

Mia.az-ın əldə etdiyi məlumata görə isə, DİN-in Baş Mühafizə İdarəsinin Qaradağ Mühafizə Şöbəsinə idarə səlahiyyəti verilib.

Qeyd edək ki, Raul Usubov indiyə qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

Mia.az