Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin olunub.
Mia.az xəbər verir ki, bununla bağlı verilən sərəncama əsasən, Andrey Sipilin Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin edilib.
Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində təhsil alıb.
İş həyatına gəldikdə Sipilin yeni təyinatına kimi “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.
Bundan əvvəl isə 2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində, 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.