“Seçki Məcəlləsinin tələbinə görə dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 20 günə araşdırılıb başa çatdırılmalı və təsdiq edilməlidir”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O vurğulayıb ki, bələdiyyə seçkilərinin yekun nəticələri isə səsvermədən ən geci 25 gün müddətində ictimaiyyətə təqdim edilməlidir: “Bələdiyyə seçkilərinin yekun nəticələri qanunvericilikdə nəzərdə tutulan müddətdə açıqlanacaq”.

Report