Araşdırmalar zamanı C.Bədəlovun Dövlət Miqrasiya Xidməti tərəfindən "Bestpack” MMC-yə 35 min manat məbləğində inzibati tənbeh növündə tətbiq olunmuş cərimənin hissə-hissə ödənilməsinə şəxsi əlaqələrindən istifadə edərək kömək edəcəyi adı ilə MMC-nin rəhbəri Nəsimi Mustafayevdən 26 iyul 2013-cü il tarixdə 15 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində istintaq davam etdirilir.
anspress.com