MSK bu gün keçirilən iclasda 13 yeni seçki məntəqəsinin yaradılması ilə bağlı qərar qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə iclasda açıqlama verən MSK sədri Məzahir Pənahovun sözlərinə görə, bununla da növbədənkənar parlament seçkilərində seçki məntəqələrinin ümumi sayı  5575  olacaq:

“Seçki məntəqələrinin hamısına bütün lazımi şərait yaradılacaq. Eyni zamanda, müşahidəçilər üçün də lazımi şərait yaradılacaq ki, onlar öz missiyalarını layiqincə yerinə yetirə bilsinlər”.