Azərbaycan üzrə müşahidə aparmaq istəyənlərin sayı 2 048 nəfərdir. 

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, ölkə üzrə müşahidə aparmaq istəyənlərin 221-i öz təşəbbüsü ilə, 672-si Yeni Azərbaycan Partiyası, 26-sı Ana Vətən Partiyası, 1 141 nəfər Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, 12-si Azərbaycan Gənc Vətənpərvərlər Təşkilatı, 2 nəfər isə xüsusi icazəli müşahidəçilərdir.

Yalnız müşahidə missiyasını seçki dairəsi üzrə keçirəcək, dairə seçki komissiyalarında qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 5 704 nəfərdir.

Qeyd edək ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.