Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın paytaxtı Riqa şəhərinə rəsmi səfərlə yola düşüb.

XİN-dən Mia.az-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov Latviya prezidenti Eqils Levits, xarici işlər naziri Edqars Rinkeviçs, Seym (Latviya parlamenti) sədri İnara Murnietse və müdafiə naziri Artis Pabriks ilə görüşəcək.