Prezident İlham Əliyev Keniyanın dövlət başçısı Uhuru Kenyattaya təbrik məktubu göndərib. 

Məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm".