"Anonimous” beynəlxalq hakerlər qrupunun "Azərenerji” Qapalı Səhmdar Cəmiyyətinin kompüterlərindən ələ keçirdiyi onlarla sənədin arasında altında erməni imzaları olan yarımçıq sənədin fotosurəti də yer alır.
Virtualaz.org saytının araşdırması zamanı üzə çıxıb ki, kifayət qədər müəmmalı və ilginc görünən bu sənəd "Qrant Tronton” adlı beynəlxalq audit şirkətinin Ermənistandakı törəmə şirkətinin rəhbərləri tərəfindən imzalanıb. Sənədin əvvəlki səhifəsi olmadığından onun kimə və ya hansı təşkilata ünvanlandığını müəyyən etmək mümkün deyil.
Lakin möhürlənmiş və imzalanmış sonuncu səhifədə yazılanlardan məlum olur ki, söhbət şirkətin potensial müştəriyə təklif etdiyi audit və maliyyə xidmətlərindən gedir. Sənədin altında Qaqik Gülbudaqyan və Lilit Arabajyanın imzaları yer alıb. Möhür "Qrant Tronton”un Ermənistan şirkətinə aiddir.
Sözügedən ASC-nin rəhbəri Etibar Pirvediyevin ermənilərlə hansı işbirliyində olması, razılaşaq ki, ciddi araşdırma mövzusu olmaqla bərabər, "Azərenerji"də çox böyük ounların getdiyi şübhəsi yaradır. Bununla bağlı mia.az-ın xüsusi araşdırması olacaq.