Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyanın Bratislava şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, səfərdə məqsəd ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etməkdir.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi il dekabrın 4-də Bratislavada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakaryanın görüşü keçiriləcək.