Prezident İlham Əliyev SOCAR-a yeni vitse-prezident təyin edib.
Mia.az xəbər verir ki, bununla bağlı Prezident dünən sərəncam imzalayıb.
Sərəncama əsasən, "Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.
Xatırladaq ki, o, bu vəzifədə Rəhman Qurbanovu əvəzləyib.
Qeyd edək ki, R.Qurbanov az əvvəl təqaüdə göndərilib.
Mia.az