Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana iki günlük rəsmi səfərə gəlir.
Mia.az xəbər verir ki, səfər çərçivəsində S.Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.
Səfər zamanı beynəlxalq və regional məsələlər, Dağlıq Qarabağ münaqişəsi, eyni zamanda, xarici siyasət idarələri arasında 2020-ci il üçün məsləhətləşmələr planının imzalanması gözlənilir.