PA-da BƏZİ ŞÖBƏLƏR LƏĞV EDİLDİ, YENİ TƏYİNATLAR VƏ ÇIXARILANLAR OLDU - TAM SİYAHI
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına yeni şöbə müdirləri təyin edilib.
Mia.az xəbər verir ki, Administrasiyanın yeni strukturu belədir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin müdiri Zeynal Nağdəliyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadı məsələlər və İnnovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsumov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov
Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağırov
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev
Humanitar siyasət, diaspora, multukulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva
Hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev
Qanunvericilik və hüquqi siyasət şöbəsinin müdiri
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev
Sənəd dövriyyəsi şöbəsinin müdiri
Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov
Prezidentin İşlər müdiri Oqtay Şahbazov
***
Prezident İlham Əliyevin digər sərəncamı ilə Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse prezidentinin köməkçisi vəzifəsindən azad edilib.
***
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.
Mia.az xəbər verir ki, yeni şöbə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi adlanır.
Ədalət Vəliyev yeni şöbəyə müdir təyin edilib.
***
Prezident İlham Əliyev Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib.
***
Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsi ləğv olunub.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Şöbənin müdiri Səadət Yusifova olub. O, Prezident Administrasiyasının yeni strukturda təmsil olunmayıb.
Bundan başqa, İnnovativ inkişaf və elektron hökumət məsələləri, eləcə də Dövlət nəzarəti şöbəsi də ləğv olunub.
***
Prezident İlham Əliyev Eldar Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
Prezidentin digər sərəncamı ilə Fuad Murtuz oğlu Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.
***
Dövlət başçısının digər sərəncamı ilə Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilib.
***
Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilib.
***
Bir qədər əvvəl İqtisadiyyat Nazirliyinə birləşdirilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova yeni vəzifə verilib.
Mia.az xəbər verir ki, o, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev daha bir sərəncam imzalayıb.
Sərəncama əsasən, Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.